Məqalə mövzuları:
Brendinq
Avto brendləşdirmə proqramında iştirak üçün tələblər:
– Ləğvlərin sayı 20%-dan çox olmamalı
– Reytinq 4,7-dən aşağı olmamalı
– Avtomobilin istehsal tarixi 2008-ci ildən gec olmamalıdır
Brendləşdirmənin təsdiqlənməsi qərarı Uklon meneceri tərəfindən fərdi qaydada qəbul edilir.
Brendinq sorğusu göndərmək üçün +994125265702 nömrəsinə zəng edin və qeyd edin:
– Avtomobilin dövlət qeydiyyat nişanını və markası;
– Mobil nömrəvizi;
Təfərrüatları dəqiqləşdirdikdən və brendinq sorğusunu təsdiqlədikdən sonra Uklon meneceri brendinq yerinin tarixini sizinlə razılaşdıracaq.
Ümumi tövsiyələr:
✔ sürücü səliqəli görünüşə malik olmalıdır;
✔ Avtomobil salonunu və xaricini təmiz saxlamalıdır;
✔ sərnişinlər və digər sürücülərlə münaqişə vəziyyətlərindən qaçınmalıdır;
✔ yol hərəkəti qaydalarına əməl etməlidir;
✔ şəhəri yaxşı tanımalıdır;
✔ pul qalığını vermək üçün həmişə kifayət qədər xırda pula sahib olmalıdır;
✔ gediş zamanı rahat atmosferi qorumalıdır (neytral musiqi, salonda xoş qoxu, sakit sürmə tərzi və s.);
✔ gedişdən əvvəl bütün lazımsız əşyaları salondan çıxarmalıdır;
✔ maksimum müştəri yönümlülüyü və keyfiyyətli xidmətlər göstərməlidir.
Servisin qaydaları bonus proqramlarında iştiraka təsir edən keyfiyyət və ya kəmiyyət göstəricilərinin artırılmasına yönəlmiş hər hansı manipulyasiyaları qadağan edir. Sifarişlərin müstəqil qəbulu və yerinə yetirilməsi məqsədi ilə yaradılması və ya üçüncü şəxslərin bu prosesə cəlb edilməsi qəti qadağandır. Bu qaydalar pozularsa, servis tərəfdaşı bonus proqramı üçün mükafatlardan məhrum etmək, müəyyən müddətə sifarişlərin qəbulunu məhdudlaşdırmaq və ya əməkdaşlığa xitam vermək hüququnu özündə saxlayır.
Avtomobilin həftəlik videohesabatı
️Videohesabatı cari həftənin cümə axşamından cümə günü daxil olmaq şərti ilə təhvil verməlisiniz️
Müraciət günlərinə riayət etməyinizi xahiş edirik.
“Avto brendləşdirmə” proqramında iştirakinızı davam etmək istəyirsinizsə, aşağıda qeyd olunmuş bəndləri icra edin:
– Ləğvlərin sayı 20%-dan çox olmamalı
– Reytinq 4,7-dən aşağı olmamalı
Diqqət edin!
Göstərilən müddətdə brendləşdirilmiş avtomobilin videosunu bizə göndərməyən və ya video prosedura uyğun hazırlanmayan tərəfdaşlara üstünlük verilməyəcək.

