(function(w,d,s,l,i){w[l]=w[l]||[];w[l].push({'gtm.start': new Date().getTime(),event:'gtm.js'});var f=d.getElementsByTagName(s)[0], j=d.createElement(s),dl=l!='dataLayer'?'&l='+l:'';j.async=true;j.src= 'https://www.googletagmanager.com/gtm.js?id='+i+dl;f.parentNode.insertBefore(j,f); })(window,document,'script','dataLayer','GTM-556M33T');
Close menu

Efir ilə iş

Məqalə mövzuları:

sifarişlərlə işləmək

Efir ilə iş

 

 

Tətbiqə daxil olduqdan sonra ekran standart olaraq xəritəni və yerinizi göstərəcək. Baxış və sifarişlərin qəbulu Efir vasitəsilə həyata keçirilir.

Birbaşa Efirə keçmək üçün aşağıdakı skrinşotda göstərildiyi kimi “Efir” işarəsinə basmaq lazımdır:

Nəzərə alın ki, Efirdə sifarişlər “yuxarıdan yeni sifariş” prinsipi və ya çatdırılma məsafəsinə görə filtrlənə bilər:

Varsayılan olaraq, sifarişin görünmə radiusu sizdən 3 km məsafədədir, lakin onu Filtr parametrlərində də dəyişdirmək olar:

Əsas ekranda bir neçə əlavə funksiya da var:

– müştərilərin sıx oluğu yerlər

– şəhərdə tıxaclar

– sektorlar

– olduğunuz yer

 

Müştərilərin sıx oluğu yerlər – avtomobil çağırmaq xidmətinə yüksək tələbat olan şəhər ərazilərini göstərən bir funksiyadır. Rəng nə qədər tünd olarsa, bu sektorda sifarişlər bir o qədər çox olar və səfərin standart dəyəri (əmsalı) üzrə qiymət artımı bir o qədər yüksəkdir.

Şəhərdə tıxaclar – yol sıxlığının əksi. Sifarişi qəbul etməzdən əvvəl avtomobili vaxtında ünvana çatdırmaq üçün yoldakı vəziyyətlə tanış ola bilərsiniz.

 

Sektorlar şəhərin bölündüyü sahələrdir. Filtr parametrlərində istədiyiniz çatdırılma sektorunu və təyinat yerini seçə bilərsiniz.

Sifarişi qəbul etmək üçün Efirdə sifarişi seçib sonra təsdiq etmək üçün Sifarişi qəbul etmə sahəsində sola və ya sağa sürüşdürün. Sifarişin təsdiqlənməsinə 10 saniyə verilir. Bu müddət ərzində sifariş təsdiq olunmazsa, qəbul edilmiş sayılmır.