Close menu
Menu

KUKİ SİYASƏTİ

GİRİŞ

Bu Kukilər Siyasəti (bundan sonra “Siyasət” adlandırılacaq) hansı kukilərin və digər izləmə vasitələrinin (bundan sonra “Kukilər” adlandırılacaq) Uklon vebsaytları (bundan sonra “Veb sayt” adlandırılacaq) və üçüncü tərəflər tərəfindən istifadə edildiyini və kuki seçimlərinin necə olduğunu təsvir edir, onların görünüşünü və saxlanmasını dəyişdirmək və ya imtina etmək qaydaları barədə ətraflı məlumat verir.

Bəzi hallarda, biz kukilərdən Fərdi Məlumatları toplamaq və ya digər məlumatlarla birləşdirməklə Fərdi Məlumata çevrilən məlumatları toplamaq üçün istifadə edə bilərik ki, bu da Şəxsi Məlumatlarınızın işlənməsi ilə nəticələnir. Şəxsi məlumatlarınızı necə emal etdiyimiz haqqında ətraflı öyrənmək üçün Məxfilik Siyasətimizə daxil olun.

HÜQUQİ MƏLUMATLAR VƏ ƏLAQƏ

Bu Siyasətdə “Uklon“, “Biz“, “Bizim“, “Bizə” kimi hər hansı bir istinad və ifadə dedikdə Kipr Respublikasının qanunlarına uyğun olaraq təsis edilmiş, müvafiq qaydada qeydiyyatdan keçmiş, şirkət nömrəsi: HE 357185 olan, hüquqi ünvanı 12 Dimostheni Severi, 6-cı mərtəbə, mənzil/ofis 601, 1080 Nikosiya, Kipr olan UKLON LTD hüquqi şəxsi başa düşülməlidir.

Bu Siyasətdə “Siz”, “Sən”, “Özün” dedikdə hər hansı bir istinad Vebsayta daxil olan / Mobil Tətbiqi(lər)i yükləyən və bu Vebsaytda və Mobil Tətbiq(lər)də hesabı qeydiyyatdan keçirən fiziki şəxs başa düşülməlidir.

Kukilərdən istifadə və Şəxsi Məlumatlarınızın emalı şəxsi məlumatların mühafizəsi üzrə bütün qüvvədə olan qanun və qaydalara uyğun olaraq həyata keçiriləcək, xüsusilə aşağıdakılara istinad edilməklə:

  1. 679/2016 saylı Qaydaya (Avropa İttifaqı) (Məlumatların Mühafizəsi barədə Ümumi Qaydaları”);
  2. 2002/58/EC Direktivi (“Elektron Məxfilik barədə Aİ Direktivi”) və
  3. Qlobal, Avropa və fəaliyyət göstərdiyimiz ölkələrin milli qanunvericilik səviyyəsində məlumatların qorunması barədə müvafiq orqanları tərəfindən verilən hər hansı digər qərarlar, sərəncamlar, qaydalar, təlimatlar və ya müddəalar. – Bundan sonra birlikdə “Məlumatların Mühafizəsi Qanunları” adlandırılacaq.

Bu Siyasət, Məlumatların Mühafizəsi Qanunları əsas götürülməklə, müvafiq olaraq Vebsaytlarımızdan və Mobil Tətbiqlərimizdən istifadə etdiyiniz zaman tətbiq edilir. Bu Siyasətin məqsədləri üçün “Mobil Tətbiq” dedikdə iOS və Android üçün mobil cihazlar üçün “Uklon” (istifadəçilər üçün) və “Uklon Driver” (partnyorlar üçün) proqramları, “Veb sayt” isə aşağıdakı domen adlarına malik istənilən vebsayt deməkdir: uklon.eu, uklon.com.ua, az.uklon.eu, uz.uklon.eu, driverambassador.uklon.com.ua, partnerregistration.uklon.com.ua, posterapp.uklon.com.ua, m.uklon.com.ua, fleets.uklon.com.ua, corporate-portal.uklon.com.ua, partner-registration.uklon.com.ua, driverregistration.uklon.com.ua, events.uklon.com.ua, ios.uklon.com.ua, driverregistrationuz.uklon.eu, driverregistrationaz.uklon.eu.

Burada böyük hərflərlə yazılmış və anlayışı verilməyən terminlər Məxfilik Siyasətində onlara verilən mənaya malikdir.

Bu Siyasətlə bağlı hər hansı bir sualınız varsa və ya Məlumatların Mühafizəsi Qanunları ilə verilmiş hüquqlarınızdan istifadə etmək istəyirsinizsə, lütfən, Məxfilik Siyasətimizlə tanış olun və ya privacy@uklon.com.ua (Ukrayna üçün) və privacy@uklon.eu (digər ölkələr üçün) elektron poçtları vasitəsilə bizimlə əlaqə saxlayın.

KUKİLERİN ANLAYIŞI

Kukilər identifikatora (hərflər və rəqəmlər silsiləsi) sahib olan kiçik mətn fayllarıdır:

Kukilər ümumiyyətlə şəxsin kimliyini müəyyən edən hər hansı məlumatı ehtiva etmir, lakin Sizin haqqınızda saxladığımız Şəxsi Məlumatlar Kukilərdə saxlanılan və kukilərdən əldə edilən məlumatla əlaqələndirilə bilər, məsələn, IP ünvanı, cihaz ID-si, ölkə və ya region, klik tarixçəsi.

Kukiləri daha yaxşı başa düşmək və məlumatlı şəkildə seçim etmək üçün sizə müvafiq brauzerin kuki təlimatına baş çəkməyi və ya www.aboutcookies.org və ya www.allaboutcookies.org saytına daxil olmağı tövsiyə edirik.

KUKİLERİN GÖRÜNÜŞÜ VƏ DEAKTİV EDİLMƏSİ

Vebsayta daxil olduğunuz zaman Siz Vebsaytın altındakı müvafiq Kuki Banneri ilə məlumatlandırılacaqsınız. İstənilən istifadəçi və ya tərəfdaş vebsayta daxil olarkən 1) cihazın brauzerinin parametrləri vasitəsilə, 2) Uklon-a e-poçt yazmaqla və ya 3) “Kukilər Bəyannaməsi”nə daxil olaraq nəzarət etmək imkanı ilə kukilərin bəzi və ya bütün kateqoriyalarını qəbul etmək və ya rədd etmək barədə qərar verməkdə azaddır.

Tətbiq olunan Məlumatların Mühafizəsi Qanunlarına əsasən, Vebsaytın işləməsi üçün ciddi şəkildə zəruri olduqda kukilərin Sizin cihazınızda saxlanmasına icazə verilir: bu, əsas/texniki kukilərə aiddir. Kukilərin digər növlərini saxlamaq üçün Sizin razılığınız lazımdır. Sizin razılığınız bu Siyasətdə qeyd olunan Uklon-un bütün Vebsaytlarına və Mobil Proqramlarına şamil olunacaq.

İSTİFADƏ EDİLƏN KUKİLƏRİN NÖVLƏRİ

1-ci Kateqoriya – Təşəbbüskar tərəfdən asılı olaraq:

Birinci tərəf kukiləriÜçüncü tərəf kukiləri
Uklon tərəfindən təyin edilən, yanlız bizim tərəfimizdən əlçatan olan oxuna bilən.Google Analytics, Facebook və s. kimi üçüncü tərəf provayderləri tərəfindən təyin edilir.

2-ci Kateqoriya   – Mövcudiyyət müddətindən asılı olaraq:

AdTəsvir (anlayış)Nümunələr
Sessiya KukiləriYalnız Vebsaytdan istifadə müddətində aktivləşdirilir. yəni Vebsaytın yüklənməsindən və onun tam bağlanmasına qədər.Ümumi ortalama müddət; istifadəçi cihazının təfərrüatları (məsələn, coğrafi yer); müəyyən canlı söhbət seanslarını təmin etmək; performans problemlərinin müəyyən edilməsi.
Daimi KukilərMüəyyən müddət ərzində kompüterinizdə və ya digər cihazınızda fayl kimi saxlanılır.Parol, Vebsaytın dili.

3-cü Kateqoriya – Funksionallıqdan asılı olaraq:

AdTəsvir (anlayış)Nümunələr
Zəruri KukilərSizə Vebsaytı gəzmək və onun funksiyalarından istifadə etmək imkanı vermək məqsədilə mütləq lazımdır, çünki onlar hazırlanmış və işləmək üçün nəzərdə tutulmuşdur. Bunlar Birinci Tərəf və Üçüncü Tərəf kukiləridir.Məlumatlarınızı qorumaq və təhlükəsiz saxlamaq; Vebsaytın iş və xidmətlərin optimallaşdırılması və s. üçün Sizin və istifadə etdiyiniz cihaz təfərrüatlarını təsdiq etmək.
Seçim kukiləriVebsaytın istifadəçi ilə əlaqəsini və ya görünüşünü dəyişdirən məlumatları yadda saxlamağa imkan verir. Bunlar Birinci Tərəf və Üçüncü Tərəf kukiləridir.Seçdiyiniz dili və ya olduğunuz bölgəni aşkar etmək və ya həmin dili vebsayta tətbiq etmək
Statistika Kukiləriİstifadəçinin fəaliyyətləri/Vebsaytdan istifadə və Vebsaytın ümumi performansı ilə bağlı məlumatların toplanması məqsədi ilə aktivləşdirilib. Bunlar Birinci Tərəf və Üçüncü Tərəf kukiləridir.Cihaz, zaman və üstünlük verilən səhifələr haqqında məlumat almaq; istifadəçinin sebsaytda qalarkən və ya istifadə edərkən vebsaytın performansı barədə məlumat almaq (Google Analytics); yenidən hədəfləmə  daxilində müəyyən vebsaytlara daxil olduğunuzda Sizlə əlaqəli bir reklam verilib-verilməyəcəyinə qərar verməyə kömək olan yenidən hədəfləmənin performasnın ölçülməsi. Google Analytics-i daha yaxşı başa düşmək üçün vebsayta daxil olmağı tövsiyə edirik.
Marketinq KukiləriMarketinq kukiləri vebsaytlar üzrə ziyarətçiləri izləmək üçün istifadə olunur.Fərdi istifadəçi üçün müvafiq və cəlbedici reklamlar cəlb etmək və bununla da reklamverənlər və digər üçüncü tərəf reklamçılar üçün daha dəyərli reklamları göstərmək.

KUKİLƏRİ LƏĞV ETMƏK

Vebsayta daxil olduğunuz zaman vebsaytın aşağısında müvafiq kuki banneri ilə sizə məlumat veriləcək.

1) İstənilən istifadəçi və ya sürücü cihaz brauzeri vasitəsilə nəzarət etmək (icazə vermək, silmək; hər hansı, lakin bununla məhdudlaşmayaraq üçüncü tərəf kukilərini silmək və ya bloklamaq) imkanına sahib olaraq bəzi və ya bütün növ kukiləri qəbul etmək və ya rədd etmək barədə qərar verməkdə azaddır.

Brauzerlər, əksərən, kukiləri qəbul etməkdən imtina etməyə və ya silməyə imkan verir. Müvafiq brauzerdə kukiləri bloklamaq və silmək barədə öyrənmək üçün aşağıdakı veb səhifələrə daxil olmağı tövsiyə edirik:

Xahiş edirik, nəzərə alın ki, Seçim kukiləri deaktiv edilibsə, bəzi Vebsayt xüsusiyyətlərindən istifadə edərkən bir sıra çətinliklərlə üzləşə bilərsiniz.

Xahiş edirik, nəzərə alın ki, Statistika kukiləri Vebsaytın ümumi işini yaxşılaşdırmaq üçün istifadə olunur. Siz Statistika Kukiləri olmadan da bu Vebsaytın bütün xüsusiyyətlərindən istifadə edə və faydalana biləcəksiniz.

Cihazınızdan və əməliyyat sistemindən asılı olaraq, ola bilər ki, siz, bütün kukiləri silə və ya bloklaya bilməyəcəksiniz. Bundan əlavə, bütün brauzerlər və cihazlarınızda kukiləri rədd etmək istəyirsinizsə, bunu aktiv istifadə etdiyiniz hər bir cihazdakı hər bir brauzerdə ayrı-ayrı etməlisiniz.

2) Bu Siyasətdə və ya Məxfilik Siyasətində göstərilən əlaqə məlumatlarında Bizə yazmaqla seçimlərinizi dəyişdirə və razılığınızı geri götürə bilərsiniz. Xahiş edirik, nəzərə alın ki, Siz Bizə müraciət edərkən razılıq ID kodunuzu təqdim etməlisiniz (aşağıdakı Kuki Bəyannaməsində verilmişdir).

3) Kuki Bəyannaməsi

Kuki Bəyannaməsində Üçüncü Tərəfin idarə etdiyi hər hansı xidmətlər qeyd olunarsa, bunlar burada göstərilən məlumatlara əlavə olaraq və Uklon və ya istifadəçinin/sürücünün xəbəri olmadan sizin baxış vərdişlərinizi izləmək üçün istifadə edilə bilər. Toplanmış məlumat haqqında tam məlumat və onun müvafiq Üçüncü Tərəf tərəfindən saxlanma müddəti üçün yuxarıdakı Kuki Bəyannaməsində sadalanan belə Üçüncü Tərəfin müvafiq məxfilik siyasəti ilə adlar üzrə aşağıda tanış ola bilərsiniz:

SİYASƏTİN YENİDƏN İNCƏLƏNMƏSİ

Uklon bu Siyasəti istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən dəyişdirmək hüququnu özündə saxlayır və bu cür dəyişikliklərin mümkün nəticələrinə görə heç bir tərəf qarşısında heç bir şəkildə məsuliyyət daşımır. Hər hansı dəyişiklik olarsa, Uklon bu Siyasətin yenidən işlənmiş versiyasını dərc edəcək və onların qüvvəyə minmə tarixini dəyişəcək. Bildirişdə başqa hal nəzərdə tutulmayıbsa, bütün dəyişikliklər dərc edildiyi gündən etibarən qüvvəyə minir.

Bu Siyasətdə əhəmiyyətli dəyişikliklər edərsək, Vebsaytımızda və ya digər müvafiq əlaqə kanalları vasitəsilə ağlabatan və diqqət çəkəcək şəkildə yerləşdirməklə Sizi xəbərdar edəcəyik.

Uklon Sizə hər hansı bir dəyişiklikdən xəbərdar olmaq üçün bu Siyasəti mütəmadi olaraq nəzərdən keçirməyi tövsiyə edir.

Vebsaytdan və Mobil Tətbiqdən davamlı istifadəniz bu dəyişiklikləri oxuduğunuz, başa düşdüyünüz, qəbul etdiyiniz və razılaşdığınız mənasında gələcəkdir.

Qüvvəyə minmə tarixi: 26.10.2023