Close menu
Menu

Müqavilə bağlanılması haqqında İctimai təklif (Oferta)

Onlayn xidmətə (Proqram Təminatı Məhsullarına) Girişin təmin edilməsinə dair

Bir tərəfdən Nizamnaməsinə əsasən fəaliyyət göstərən, Baş direktoru Əliyev Ruslan Vaqif oğlu tərəfindən təmsil olunan “UKLON AZƏRBAYCAN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ, bundan sonra “TƏRƏF 1” adlanacaq, və

digər tərəfdən bu Onlayn xidmətə (Proqram Təminatı Məhsullarına) Girişin təmin edilməsinə dair Müqavilə bağlanılması haqqında Təklifi (Oferta) (bu “Müqavilə”) qəbul edən hər hansı fiziki və ya hüquqi şəxs, bundan sonra “TƏRƏF 2” adlanacaq, Bundan sonra birlikdə “TƏRƏFLƏR”, ayrılıqda isə “TƏRƏF” adlanacaqlar. Tərəflər aşağıdakı Müqaviləni bağlayırlar:

PREAMBULA

  1. Burada təqdim olunan məlumatlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 408-ci maddəsinin müddəalarına uyğun olaraq hazırki Müqavilənin bağlanılmasına dair hər hansı şəxsə ünvanlanan rəsmi təklifdir (ofertadır). Qəbul (Aksept) edildiyi anda bu Müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 409-cu maddəsi və TƏRƏF 1-in Saytında (bu Müqavilənin 1.6-cı bəndində müəyyən olunduğu kimi) müəyyən edilib paylaşılan şərtlərə əsasən mərcburi qüvvəyə minir. Bu müqavilə yalnız TƏRƏF 2-nin tam və qeyd-şərtsiz qəbulu (Aksepti) ilə bağlanılır.
  2. Bu müqavilə TƏRƏF 2-nin Onlayn Xidmətə (bu Müqavilənin 1.3-cü bəndində müəyyən olunduğu kimi) giriş əldə etməsinə dair ümumi şərtləri və qaydanı müəyyən edir.
  3. Qəbul (Aksept) edildiyi andan TƏRƏF 2 bu Müqavilənin şərtlərini heç bir məhdudiyyət, qeyd-şərt və ya istisna olmadan tam qəbul etmiş və nəqliyyat xidmətlərinin göstərilməsi üçün Azərbaycan Respublikasının qüvvədə olan qanun və qaydalarına uyğun olaraq tələb olunan bütün sənədləri əldə etmiş hesab edilir. Bu Müqaviləyə edilən dəyişiklər TƏRƏF 2-nin Onlayn Xidmətə girişinə xitam verilməsini və ya ondan imtina edilməsini nəzərdə tutmur.
  4. Bu Müqaviləni bağlamaqla TƏRƏF 2 Müqavilənin bütün şərtlərini tam və bütövlükdə oxuduğunu və bu şərtlərlə razılaşdığını təsdiq edir. Bu Müqavilə imzalanmazdan əvvəl TƏRƏF 2 burada və Müqavilədən irəli gələn bütün öhdəliklər də daxil olmaqla, Müqaviləni diqqətlə oxumuş, tam anlamış və bunlar üzrə öhdəlik daşımağa razılıq vermişdir.
  5. Tərəflər anlayırlar ki, Onlayn Xidmətə kompüter proqramını (bu müqavilənin 1.7-ci bəndində müəyyən olunduğu kimi Mobil Tətbiq) yükləyərək və istifadə etməklə daxil olunur.
  6. Bu Müqavilə “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun 8.3-cü maddəsi ilə müəyyən edilmiş yazılı təsdiq kimi qəbul olunmalıdır.
  1. TERMİNLƏR VƏ TƏRİFLƏR

Əgər məzmundan başqa məna irəli gəlməzsə, bu Müqavilə ilə müəyyən edilmiş terminlər və təriflər aşağıdakı mənaları daşıyırlar:

1.1 TƏRƏF 1 Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq təsis edilən və bu Müqaviləyə əsasən TƏRƏF 2-yə Onlayn Xidmətə girişi təmin edən, 12 oktyabr 2023-cü il tarixli, TSO No 10002 seriyalı taksi sifarişi operatoru icazəsinə sahib olan hüquqi şəxs deməkdir – “UKLON AZƏRBAYCAN” MMC.

1.2 TƏRƏF 2 Mobil Tətbiq vasitəsilə Onlayn Xidmətə daxil olan fiziki və ya hüquqi şəxs deməkdir.

1.3 Onlayn Xidmət və ya Texnoloji Platforma rəqəmlər, hərflər, simvollar, şəkillər və onların birləşmələri (o cümlədən qrafik informasiya, video məlumat və s.) şəklində taksi sifarişi operatoru xidmətləri göstərmək məqsədilə kompüter proqramları və elektron məlumatların biri-birilə əlaqəli toplusu kimi həyata keçirilən, İstifadəçilər tərəfindən Sifariş haqqında yerləşdirilmiş məlumatların avtomatlaşdırılmış monitorinqi, toplanması, emalı, paylanması, saxlanması və təqdim edilməsi üçün nəzərdə tutulan, tələb və təklif nisbəti, hava şəraiti, marşrut və onun yükü və s. nəzərə alınmaqla Sifarişin dəyərinin avtomatik hesablanmasını və marşrutların avtomatik qurulmasını və İstifadəçi ilə ünsiyyət üçün məlumat mübadiləsini təmin edən, TƏRƏF 2-yə öz mülahizəsinə əsasən müvafiq Sifarişləri qəbul və ya rədd etmək, yerləşdiyi yer haqqında məlumatı paylaşmaq, İstifadəçilərə təxminlər təqdim etmək və onlarla qarşılıqlı əlaqədə olmaq, Onlayn Xidmətin mövcud funksionallığı ilə təmin edildiyi kimi real vaxt rejimində proqram tərəfindən qurulmuş marşrutlardan istifadə etmək imkanı verən «Uklon Driver» texnoloji platforması deməkdir. Onlayn xidmət proqram təminatı məhsulları ilə bağlı kompüter proqramlaşdırmasının nəticəsidir.

1.4 İstifadəçi Ödəniş Kartının sahibi və ya səlahiyyətli istifadəçisi olan 18 (on səkkiz ) yaşından yuxarı hər hansı hüquqi qabiliyyətli fiziki şəxs və ya Mobil Tətbiqdən istifadə edərək Sifariş yerləşdirmiş hüquqi şəxs deməkdir.

1.5 Sifariş İstifadəçinin avtomobil nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin göstərilməsi üçün verdiyi taksi sifariş, habelə İstifadəçinin nəqliyyat vasitəsini idarə etmə xidmətləri (sürücü xidmətləri) və İstifadəçinin tələb olunan təfərrüatlarla strukturlaşdırılmış baqajdaşıma xidmətləri (baqaj çatdırılma xidmətləri) üzrə sifarişi deməkdir.

1.6 Sayt az.uklon.eu ünvanında yerləşən internet səhifəsi deməkdir. Sayt proqram təminatı məhsulları ilə bağlı kompüter proqramlaşdırmasının nəticəsidir.

1.7 Mobil Tətbiq TƏRƏF 1 tərəfindən TƏRƏF 2-yə Onlayn Xidmətə daxil olmaq üçün son istifadəçinin funksional məqsədi ilə müvəqqəti istifadəyə (bu Müqavilənin müddəti ərzində) verilən kompüter proqramının «Uklon Driver» adlı iOS və Android elektron cihazları üçün mobil proqram formasında surəti deməkdir.

1.8 Təklif (Oferta) TƏRƏF 1-in Saytında dərc edilmiş və qeyri müəyyən sayda fiziki və ya hüquqi şəxslərə ünvanlanmış, qəbul (aksept) etməklə hazırki Müqaviləni bağlamaq təklifi (oferta) deməkdir.

1.9 Qəbul (Aksept) etmə Təklifin (Ofertanın) TƏRƏF 2 tərəfindən tam, qeyd-şərtsiz və etirazsız qəbul edilməsi deməkdir. Təklifi (Ofertanı) qəbul edərək TƏRƏF 2 onun bütün şərtlərini tam və qeyd-şərtsiz oxuduğunu və son nəticədə razılaşdığını, habelə ona qoşulmaq istəyini təsdiqləyir.

1.10 Bank hazırki sənədə əsasən TƏRƏF 2 tərəfindən səlahiyyətli bank kimi qəbul edilən və Onlayn Xidmət çərçivəsində Sifarişlər üzrə İstifadəçilərin nağdsız qaydada ödənişlərini təşkil edən və bu Müqavilənin 4.1-ci bəndinə müvafiq olaraq TƏRƏF 2-nin ödəməli olduğu məbləğlərin (haqların) sonradan tutulmasını təşkil edən və TƏRƏF 1 ilə əməkdaşlıq edən Kapital Bank ASC deməkdir.

1.11 Maliyyə Tərəfdaşı TƏRƏF 1 ilə əməkdaşlıq edən və bununla da TƏRƏF 2 tərəfindən elektron pulqabı vasitəsilə İstifadəçilərin Sifarişlərə görə (TƏRƏF 2-ə Sifarişlərə görə ödənilməli olan haqların çıxılması baxımından) nağdsız ödənişlərininin çıxılmasını təşkil edilməsi üçün təyin olunmuş və səlahiyyət verilmiş ödəniş xidmətlərinin təminatçısı olan PashaPay MMC deməkdir.

1.12 Elektron ticarət (xidmətlər) TƏRƏF 1-in Mobil Tətbiqindən istifadə edərək Onlayn Xidmət vasitəsilə Sifariş üzrə xidmətlərin yerinə yetirilməsinə dair TƏRƏF 2-nin fəaliyyəti deməkdir.

1.13 API İnterfeys Elektron ticarətin həyata keçirilməsi üçün nəzərdə tutulan tətbiq proqramlaşdırma interfeysi və ondan yaranan məsələlər deməkdir.

1.14 Elektron pulqabı Maliyyə Tərəfdaşının proqram təminatı əsasında işləyən və ödəniş xidmətlərinin alınması üçün elektron cihazlar vasitəsilə istifadə edilən, və bu Təklifin şərtlərinə uyğun olaraq TƏRƏF 2 üçün yaradıla bilən və onun tərəfindən öz mülahizəsinə əsasən İstifadəçilər tərəfindən TƏRƏF 2-ə ödənilməli olan Sifarişlər üzrə haqların alınması (4.1-ci bəndə uyğun olaraq TƏRƏF 2 tərəfindən ödənilməli olan haqlar çıxılmaqla) ilə bağlı istifadə oluna bilən rəqəmsal pulqabı deməkdir.

1.15 Ödəniş Kartı malların (xidmətlərin, işlərin) dəyərinin ödənilməsi, öz hesabından başqa şəxsin hesabına vəsaitin köçürülməsi, habelə nağd pulun qəbulu üçün Bankın prosessinq sistemi tərəfindən dəstəklənən ödəniş aləti.

1.16. Buraxılış Vəsiqəsi- Avtomobil Nəqliyyatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən sərnişin və yük daşımaları xidmətlərinin həyata keçirilməsi hüququ verən icazə.

1.17. Buraxılış Kartı- Buraxılış Vəsiqəsi olan şəxslərin mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə verilən, Buraxılış Vəsiqəsinin əlavəsi olan kart.

1.18. Reysqabağı Texniki Yoxlama Sənədləri- nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təsdiq edən sənəd və ya texniki məntəqə ilə müqavilə.

1.19. Reysqabağı Tibbi Müayinə Sənədləri- Sürücünün reysqabağı tibbi müayinə qabiliyyətini təsdiq edən sənəd və ya tibb məntəqəsi ilə müqavilə.

1.20. Müqavilə TƏRƏF 1 və TƏRƏF 2 arasında bağlanılan və aşağıdakılardan ibarət olan bu müqavilədir:

1.21. Cihaz TƏRƏF 2-yə məxsus olan və taksometer kimi işləyən proqram təminatı olan və TƏRƏF 2 ilə İstifadəçi üçün məcburi olan şəkildə gediş haqqı müəyyən edən, GPS-dəstəkləyən elektron cihazdır.

  1. MÜQAVİLƏNİN PREDMETİ

2.1 Bu Müqavilə ilə müəyyən edildiyi kimi TƏRƏF 1 TƏRƏF 2-yə ödəniş müqabilində Mobil Tətbiq vasitəsi ilə Onlayn Xidmətə girişi təmin edir. Onlayn Xidmətə bu cür girişin təmin edilməsi və əlaqədar tədbirlərlərin həyata keçirilməsi TƏRƏF 1 tərəfindən TƏRƏF 2 üçün məlumatların təmin edilməsi və emalı kimi qiymətləndirilir.

2.2 Onlayn Xidmətə giriş TƏRƏF 2-yə müstəsna olaraq yalnız Sifarişlərin işlənməsi və icrası və Onlayn Xidmətdən istifadə üçün mövcud olan funksionallıq tərəfindən təmin edilən optimal marşrutların avtomatik qurulması məqsədilə TƏRƏF 1 ilə qarşılıqlı əlaqəsi üçün təmin edilməlidir. Bu məqsədlər üçün TƏRƏF 2-yə Onlayn Xidmətdən (Texnologiya Platformasından) və ona daxil edilmiş əqli mülkiyyət hüquqları obyektlərindən istifadə etmək və xüsusən də onların tam və ya qismən öz electron cihazında (hər bir cihazda bir nüsxədə olmaqla) reproduksiyası üçün qeyri-müstəsna əqli mülkiyyət hüququ verilir.

2.3 TƏRƏF 2 Sifarişin həyata keçirilməsi üçün qəbul edilib-edilməməsi barədə öz mülahizəsinə əsasən qərar verir. Sifarişi qəbul etdikdə TƏRƏF 2 TƏRƏF 1-ə bu Müqavilənin 4.1-ci bəndinə uyğun olaraq nəzərdə tutulmuş haqqı ödəməyi öhdəsinə götürür.

2.4 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 409.1-ci maddəsinə uyğun olaraq etibarlı Təklifin (Ofertanın) tam və qeyd-şərtsiz qəbulu ünvanlandığı şəxsin Mobil Tətbiqdə qeydiyyatdan keçərkən müvafiq düyməni sıxaraq təqdim etdiyi Təklifi qəbul etməyə razılıq verdiyi cavabdır. .

2.5 Bu Müqavilənin 2.4-cü bəndinə əsasən etibarlı Təklifin (Ofertanın) Qəbul anı bu Müqavilənin bağlanma anı hesab olunur. Təklifin (Ofertanın) qəbulu ilə bağlanmış Müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 409.1 və 407.1-ci maddələrinə uyğun olaraq hüquqi qüvvəyə malikdir və tərəflərin imzaladıqları müqaviləyə bərabərdir.

2.6 Onlayn Xidmətə giriş əldə etmək üçün TƏRƏF 2 Mobil Tətbiq vasitəsilə qeydiyyatdan keçməlidir. Nəticədə, Onlayn Xidmətə girişi təmin edilməsi və Elektron ticarət (xidmətlər) ödənişlərin təşkili məqsədləri üçün unikal hesab (şəxsi hesab) və Elektron pulqabı yaradılır. Elektron pulqabının yaradılması məqsədləri üçün, TƏRƏF 2 Maliyyə Tərəfdaşının İstifadə ŞərtləriMəxfilik Siyasəti ilə tanış olmalıdır. Mobil Tətbiqdə qeydiyyatı tamamlamaqla və/və ya Mobil Tətbiqdən istifadə etməklə (o cümlədən, qeydiyyat 21 iyun 2023-cü il tarixinə qədər tamamlandığı təqdirdə) TƏRƏF 2 Maliyyə Tərəfdaşının İstifadə Şərtləri və Məxfilik Siyasətinə qeyd-şərtsiz razılığını verir.

2.7 Qeydiyyatdan keçərkən TƏRƏF 2 müvafiq qeydiyyat formasını dolduraraq özü haqqında düzgün və etibarlı məlumat verməyə borcludur. TƏRƏF 2 qeydiyyat zamanı və ya daha sonra Onlayn Xidmətdən istifadə edərkən qeyri-dəqiq və ya natamam məlumat təqdim edərsə, TƏRƏF 1 qabaqcadan heç bir xəbərdarlıq etmədən və TƏRƏF 2-dən hər hansı razılıq almadan TƏRƏF 2-nin hesabını (qeydiyyatını) dayandırmaq və ya ləğv etmək hüququna malikdir.

2.8 TƏRƏF 2-nin hərəkətləri qüvvədə olan qanunvericiliyin hər hansı norma və qaydalarının və ya hər hansı insan hüquqlarının pozulmasına, habelə TƏRƏF 1-ə qarşı iddiaların mümkünlüyünə, TƏRƏF 1-in TƏRƏF 2-nin hərəkətlərinə görə məsuliyyətə cəlb edilməsinə səbəb ola biləcəyi hallarda TƏRƏF 1 heç bir əvvəlcədən xəbərdarlıq etmədən və hər hansı razılıq almadan TƏRƏF 2-nin hərəkətlərini dərhal bloklamaq, hesabını dayandırmaq və ya ləğv etmək hüququna malikdir.

2.9 Onlayn Xidmətdə qeydiyyat zamanı TƏRƏF 2-dən unikal xüsusi parol daxil etmək tələb olunur. TƏRƏF 2 təqdim edilmiş parolun etibarlılığına və hesabının qorunmasına görə tam məsuliyyət daşıyır. TƏRƏF 2 Onlayn Xidmətə icazəsi olmayan hər hansı üçüncü şəxsin daxil olması və ondan istifadəsi ilə bağlı bütün riskləri öz üzərinə götürür.

2.10 Əgər üçüncü şəxs TƏRƏF 2-nin hesabına giriş əldə edərsə, TƏRƏF 2 TƏRƏF 1-i müvafiq tədbirlər görmək üçün dərhal xəbərdar etməlidir, bu şərtlə ki, TƏRƏF 2 həmin hesaba qanuni sahibliyini təsdiq edə bilsin.

2.11 TƏRƏF 2 qeydiyyat kodları və digər məxfi məlumat daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, öz parolları haqqında məlumatın mühafizəsini müstəqil şəkildə təmin edir. TƏRƏF 1 TƏRƏF 2-nin öz şəxsi məlumatlarına (login, parol, qeydiyyat kodu) dair məxfi məlumatın itirilməsinin nəticələrinə görə məsuliyyət daşımır. Bu müddəa TƏRƏF 2-nin şəxsi məlumatlarını könüllü olaraq üçüncü şəxslərə və TƏRƏF 1-ə ötürməsinə, habelə onun iradəsi əleyhinə olaraq məxfi məlumatlarının itirilməsinə şamil edilir.

2.12 Elektron ticarətin (xidmətlərin) məqsədləri üçün TƏRƏF 2 xidmətin satıcısı (təchizatçısı), İstifadəçi alıcı kimi çıxış edir, TƏRƏF 1 (Bank və Maliyyə Tərəfdaşı daxil olmaqla) isə belə satıcı ilə alıcı arasında vasitəçi kimi çıxış etməyə səlahiyyətlidir. TƏRƏFLƏR (tətbiq olunduğu təqdirdə Bank və Maliyyə Tərəfdaşı daxil olmaqla) elektron ticarətə tətbiq edilən Azərbaycan Respublikasının bütün qanuni tələblərinə əməl edəcək və onlara tabe olacaqlar. TƏRƏF 1, Bank və Maliyyə Tərəfdaşı Elektron ticarətə (xidmətlərə) nəzarət etmək və TƏRƏF 2-nin fəaliyyətinin qüvvədə olan qanunlara və bu Müqaviləyə uyğunluğunu təmin etmək məqsədilə hər hansı tədbirləri görmək səlahiyyətinə malikdir.

2.13 TƏRƏF 2 bu Müqavilənin həyata keçirilməsi və Elektron ticarətin (xidmətlərin) aparılması üçün tələb olunan hərəkətləri Bank və Maliyyə Tərəfdaşı ilə əlaqələndirmək və razılaşdırmaq məqsədilə bununla TƏRƏF 1-ə öz adından hərəkət etməyə səlahiyyət verir. Bu cür əlaqələndirmə və razılaşmalar TƏRƏF 1-in mülahizəsinə əsasən həyata keçirilir, bu şərtlə ki, TƏRƏF 2 bu cür razılaşmaların həcmi və təfərrüatları haqqında ağlabatan məlumat tələb etmək hüququna malik olsun. TƏRƏF 2 xüsusi olaraq etiraf edir və razılaşır ki, heç bir halda TƏRƏF 1, Bank və Maliyyə Tərəfdaşı avtomobil nəqliyyatı ilə sərnişin daşıma xidmətləri və ya İstifadəçinin nəqliyyat vasitəsini idarə etmə xidmətləri (sürücü xidmətləri) və baqaj daşıması xidmətləri üçün İstifadəçinin sifarişi ilə bağlı TƏRƏF 2 ilə İstifadəçilər arasında hər hansı münasibətə (o cümlədən, lakin bununla məhdudlaşmayaraq, Sifarişlərin yerinə yetirilməsi ilə bağlı mübahisələr və iddialar üçün) cavabdeh olmayacaqlar.

2.14 TƏRƏF 2 razılaşır ki, Bank Elektron ticarət (xidmətlər) çərçivəsində Sifarişlərin yerinə yetirilməsi üçün TƏRƏF 2 tərəfindən alınan haqları yığacaq. Qalan məbləğ, TƏRƏF 2-nin mülahizəsinə əsasən, TƏRƏF 1, Bank və Maliyyə Tərəfdaşı xidmətlərinə görə haqlar çıxıldığdan sonra və bənd 4.1 nəzərə alınmaqla, Bank və ya Maliyyə Tərəfdaşı tərəfindən Elektron pulqabı vasitəsilə fiziki şəxs olan TƏRƏF 2-nin müvafiq hesablarına köçürülür. Qalan məbləğinvə hüquqi şəxs olan TƏRƏF 2-yə köçürülməsi TƏRƏFLƏR arasında imzalanan bu Müqavilənin müvafiq qoşmalarına uyğun olaraq həyata keçirilir.

  1. TƏRƏFLƏRİN HÜQUQ VƏ ÖHDƏLİKLƏRİ

3.1 TƏRƏF 2-nin öhdəlikləri

3.1.1. TƏRƏF 2 aşağıdakıları yerinə yetirməyi öz öhdəsinə götürür:

3.1.2. TƏRƏF 2 1.10-cu bəndində müəyyən edilmiş xidmətlərin həyata keçirilməsindən irəli gələrək etiraf edir və qəbul edir ki:

3.2 TƏRƏF 2-nin aşağıdakı hüquqları var:

3.4 TƏRƏF 1-nin aşağıdakı hüquqları var:

3.5 Bu Müqavilədə hər hansı üçüncü şəxsin (o cümlədən Bankın və Maliyyə Tərəfdaşının) hüquqları müəyyən edilibsə, bu hüquqlar hər hansı ön şərtlərdən asılı olmayaraq dərhal yaranır və belə üçüncü şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 403-cü maddəsində göstərilən hüquqlara malikdirlər.

  1. XİDMƏT HAQQI VƏ ÖDƏNİŞ QAYDASI

4.1 Onlayn Xidmətə girişin təmin edilməsinə görə TƏRƏF 1-ə ödənilməli olan haqqın məbləği İstifadəçi tərəfindən Elektron ticarət (xidmətlər) üçün ödənilən daşıma xərcinin 15%-ni təşkil edir. TƏRƏF 2-nin Bank və Maliyyə Tərəfdaşına tətbiq olunduğu təqdirdə ödəməli olduğu məcmu haqq TƏRƏF 2-in gəlirin 5%-nə qədər məbləği təşkil edir. Bu Müqaviləyə uyğun olaraq TƏRƏF 2-nin ödəməli olduğu hər hansı məbləğlər (haqlar, cərimələr və s.) TƏRƏF 2-nin İstifadəçilərdən aldığı gəlirin məbləğindən çıxılır (“charged back” edilir yəni geri ödənilir) və daha sonra bununla bağlı hüququ olan müvafiq alıcılara köçürülür.

4.2 Elektron ticarət (xidmətlər) üçün ödənişlər Texnoloji Platformada TƏRƏF 2-nin müvafiq istifadəçi hesabı yaradıldıqdan sonra və istifadəçi hesabına bağlanmış Elektron pulqabı və API İnterfeysindən istifadə etməklə həyata keçirilir. İstifadəçilər və TƏRƏF 2 arasında ödəniş proseduru İnternet ekvayrinq texnologiyası (“ekvayrinq xidməti”) və hesabdan-karta (“A2C xidməti”) vasitəsilə təşkil olunur və bu texnologiyaya əsasən İstifadəçilərdən TƏRƏF 2-yə (TƏRƏF 2-nin mülahizəsinə əsasən) edilən bütün ödənişlər müstəsna qaydada Bank vasitəsilə ya da Bank və Elektron pulqabından çıxılaraq həyata keçirilir.

Bu bəndin məqsədləri üçün “ekvayrinq xidməti” və “A2C xidməti” dedikdə, TƏRƏF 2, İstifadəçilər və TƏRƏF 1 arasında müxtəlif alət və ödəniş vasitələrindən istifadə etməklə hesablaşmaların aparılması üçün bank və ödəniş xidmətləri başa düşülür. TƏRƏF 2 bununla etiraf edir və razılaşır ki, ödəniş proseduru üçün yuxarıda göstərilmiş xidmətlərdən istifadə üzrə mövcud təcrübə Azərbaycan Respublikasında nisbətən yenidir və gələcəkdə onun həyata keçirilməsi üçün müəyyən dəyişikliklər və inkişaflar tələb oluna bilər.

4.3 Bu Müqavilənin 4.2 bəndinə uyğun olaraq Texnoloji Platformada TƏRƏF 2-nin müvafiq istifadəçi hesabını yaratması üçün, TƏRƏF 2 müvafiq nəqliyyat xidmətlərinin göstərilməsi üçün VÖEN-ə və istifadə edilən hər bir nəqliyyat vasitəsinə görə “fərqlənmə nişanına” Buraxılış Vəsiqəsi və Buraxılış Kartı, Reysqabağı Texniki Yoxlama Sənədləri, TƏRƏF 2-nin Reysqabağı Tibbi Müayinə Sənədləri, taksometrin metroloji yoxlamadan keçməsini təsdiq edən şəhadətnamə (taksometr funksiyaları əvəzinə proqram təminatından istifadə halları istisna olmaqla), narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinənin nəticəsi barədə məlumat, xüsusi hazırlıq keçməsini təsdiq edən sənəd və qüvvədə olan qanunvericiliklə tələb olunan istənilən digər sənədlərə sahib olmalıdır. TƏRƏF 2 həmçinin bu Müqavilə ilə və ya Azərbaycan Respublikasının qüvvədə olan qanunları və qaydaları əsasında müəyyən edilmiş hər hansı digər müvafiq qanuni tələblərə əməl etməlidir.. TƏRƏF 2 VÖEN və “fərqlənmə nişanı”nın əldə edilməsi üçün mövcud prosedur və tələblər, habelə qüvvədə olan qanuni tələblərə əməl olunması barədə Azərbaycan Respublikasının vergi orqanlarının “195” çağrı mərkəzinə zəng etməklə ətraflı məlumat almalıdır.

4.4 TƏRƏF 2 öz fəaliyyəti ilə bağlı hər hansı lisenziyalaşdırma, tətbiq olunan vergi ödənişlərinin və məcburi sosial ödənişlərin hesablanması, bəyan edilməsi və ödənilməsi, uyğunluq və hesabat öhdəliklərinə və tətbiq olunan qanunvericilik və tənzimləmələrlə tələb olunan Buraxılış Kartı və Buraxılış Vəsiqəsinə görə ödənişlər də daxil olmaqla bütün digər məcburi ödənişlərə görə məsuliyyət daşıyır. TƏRƏF 1 İstifadəçilər və TƏRƏF 2 arasında yaranan hər hansı məsələ və mübahisələrə görə məsuliyyət daşımır. Bu Müqaviləyə əsasən TƏRƏF 1-in xidmətləri yalnız Onlayn Xidmətə daxil olmaq üçün vasitə kimi son istifadəçinin funksional məqsədləri üçün müvəqqəti istifadəyə görə (bu Müqavilədə nəzərdə tutulan müddət ərzində) TƏRƏF 2-yə Mobil Tətbiqin təqdim edilməsi ilə məhdudlaşır. TƏRƏF 1 heç bir halda Azərbaycan Respublikasında hər hansı nəqliyyat xidmətlərinin göstərilməsi ilə məşğul ola bilməz və ya məşğul olduğu hesab edilə bilməz.

4.5 Onlayn Xidmətin təşviqi məqsədilə TƏRƏF 1, öz mülahizəsinə əsasən, TƏRƏF 2-yə heç bir məhdudiyyət olmadan bonus ödənişləri və ya İstifadəçilər üçün Sifarişin qiymətində endirimlə bağlı təşviqat kampaniyaları keçirmək hüququna malikdir. Sonuncu halda, TƏRƏF 1 endirimli qiymət fərqini 4.2-ci bənddə göstərilən vasitələrlə TƏRƏF 2-yə kompensasiya edir.

4.6 TƏRƏF 1 bu Müqavilənin 4.1-ci bəndində qeyd edilən xidmət haqlarını 5.3-cü bənddə göstərilən qaydada bölgədən və digər amillərdən asılı olaraq müvəqqəti və ya daimi əsasda dəyişdirə bilər.

  1. MÜQAVİLƏNİN QÜVVƏSİ VƏ XİTAMI

5.1 Bu Müqavilə qeyri-müəyyən müddətə bağlanır və bu Müqaviləyə TƏRƏFLƏRDƏN hər hansı birinin digər TƏRƏFƏ 5 (beş) gün əvvəl xəbərdarlıq etməsi ilə birtərəfli qaydada istənilən vaxt xitam verilə bilər. Əgər TƏRƏF 2 hüquqi şəxsdirsə, bu Müqavilənin ləğvi ilə bağlı hər hansı TƏRƏFİN təqdim etməli olduğu qabaqcadan xəbərdarlıq proseduru Mobil Tətbiq vasitəsilə, eləcə də Saytda nəzərdən keçirilə bilə və bu Təklifin əlavəsi olan şablonda öz əksini tapmışdır. Əgər TƏRƏF 2 fiziki şəxsdirsə, bu Müqaviləyə ön bildirişlə xitam verilməsi üçün TƏRƏF 1-in TƏRƏF 2-yə verdiyi bildiriş forması Mobil Tətbiq vasitəsilə göndərilmiş TSP bildirişi və ya TƏRƏF 2-nin telefon nömrəsinə göndərilən SMS-dir və  TƏRƏF 2-nin TƏRƏF 1-ə verdiyi bu Müqavilənin xitamı üçün ön bildiriş forması TƏRƏF 2-nin Mobil Tərbiqdə hesabının silinməsi üçün ünvanladığı müraciət şəklindədir. Hesabın silinməsi proseduru https://az.uklon.eu/account-delete-az/ – da öz əksini tapmışdır. Bu Müqaviləyə əsasən Onlayn Xidmətlərin daimi və ya davamlı göstərilməsi müddəti bu Müqavilənin müddətinə bərabərdir.

5.2 TƏRƏF 2 Onlayn Xidmətə giriş üçün son ödənişin edildiyi tarixdən 1 (bir) il ərzində heç bir növbəti ödəniş etmədikdə bu Müqavilə ləğv edilmiş hesab olunur. Bu müddəa TƏRƏF 2-ni gələcəkdə yeni müqavilə bağlamaq məqsədi ilə TƏRƏF 1-ə müraciət etmək hüququndan məhrum etmir.

5.3 TƏRƏF 1 istənilən vaxt bu Müqavilədə nəzərdə tutulan şərtləri birtərəfli qaydada dəyişdirmək hüququna malikdir. Bu Müqaviləyə edilən bütün dəyişikliklər və Müqavilənin hər hansı yeni variantı Saytda paylaşıldıqdan sonra qüvvəyə minir və TƏRƏF 2 belə dəyişiklikləri müntəzəm olaraq nəzərdən keçirmək və məlumatlanmaq məsuliyyəti daşıyır. Belə dəyişikliklər (və ya onların hər hansı bir hissəsi) TƏRƏF 2 üçün məqbul olmadığı halda, TƏRƏF 2 TƏRƏF 1-ə bildiriş təqdim etməklə dərhal bu Müqaviləyə xitam verə bilər.

  1. MƏSULİYYƏT VƏ ZƏMANƏTLƏR

6.1 Bu Müqavilə ilə başqa hal nəzərdə tutulmadığı halda bu Müqavilədə və ya qüvvədə olan qanunlar və qaydalarla nəzərdə tutulan öhdəliklərin, müddəalarının və ya şərtlərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə məsul TƏRƏF Azərbaycan Respublikasının qüvvədə olan qanunlarına uyğun olaraq məsuliyyət daşıyır.

6.2 TƏRƏF 2 bu Müqavilədə nəzərdə tutulmuş hər hansı öhdəliklərini pozduğu haldaTƏRƏF 1-in TƏRƏF 2-nin Onlayn Xidmətə girişinə xəbərdarlıq etmədən xitam vermək hüququ vardır.

6.3 Bu Müqavilənin 6.2-ci bəndində göstərilən səbəblərə görə TƏRƏF 1 tərəfindən TƏRƏF 2-nin Onlayn Xidmətə girişin xitam olunması TƏRƏF 2-ni Onlayn Xidmətə girişin dayandırılmasından əvvəl yaranan öhdəliklərini yerinə yertirməsindən azad etmir.

6.4 Bu Qaydaların 6.2 və 6.3-cü bəndlərinə uyğun olaraq Onlayn Xidmətə girişin xitamı halında, belə girişin təmin edilməsini bərpa etmək üçün TƏRƏF 2 hər hansı pozuntuları tam şəkildə aradan qaldırmalı və bu barədə TƏRƏF 1-i mümkün qədər tez məlumatlandırmalıdır. TƏRƏF 2 belə girişin xitamı tarixdən etibarən 5 (beş) təqvim günü ərzində Onlayn Xidmətə girişi bərpa etmək istəmədiyi halda, TƏRƏF 1 bu Müqaviləni birtərəfli qaydada ləğv etmək hüququna malikdir.

6.5 TƏRƏF 2-nin qəbul edilən Sifarişləri ləğv etməsi halında TƏRƏF 1 bu islahedici tədbirləri tətbiq edir: ilk və ikinci ləğvetmədə – xəbərdarlıq, üçüncü və sonrakı ləğvetmələrdə – 1.00 AZN məbləğində cərimə, hava limanına getmək üçün Sifarişin ləğv etməsi halında – 14 AZN məbləğində cərimə.

6.6 TƏRƏF 2 Sifarişləri yerinə yetirərkən yalnız fövqəladə hallarda istifadə üçün nəzərdə tutulmuş SOS düyməsini təkrar, əsassız,və yaxud yanlış şəkildə basılması halında, TƏRƏF 1 aşağıdakı qaydaları tətbiq edir:

6.7 Əgər TƏRƏF 2 Sifarişdə nəzərdə tutulan daşıma xərclərini artırarsa, TƏRƏF 1-in TƏRƏF 2-dən Sifarişdə göstərilən daşıma dəyərindən artıq cərimə tələb etmək hüququ var.

6.8 TƏRƏF 2 və/və ya onların cəlb etdiyi digər şəxslər tərəfindən Saytda yerləşdirilən Əməkdaşlıq Şərtlərinin və/və ya Qaydalarının pozulması və ya istənilən birbaşa və/ və ya dolayı itkilər və/ və ya zərər, əldən çıxmış fayda, xərclər, dəbbə pulu, cərimə də daxil olmaqla qüvvədə olan istənilən qanunların və qaydaların pozulması nəticəsində TƏRƏF 1-ə hər hansı zərər dəydikdə, TƏRƏF 2 TƏRƏF 1-in tələbi ilə TƏRƏR 1-ə dəyən zərər məbləğini kompensasiya etməlidir.6.9 Daşınma və/və ya çatdırılma xidmətləri ilə bağlı yaranan bütün şikayət və tələblər TƏRƏF 1-in xidmət (məlumat) dəstəyi vasitəsilə qəbul edilir və baxılır. İstifadəçilərin şikayət və tələblərinə TƏRƏF 1 tərəfindən baxılmasının nəticələrinə əsasən, TƏRƏF 1-in göstərdiyi xidmətlərin keyfiyyəti ilə bağlı TƏRƏF 2-nin günahkar və ya təqsirli olduğu müəyyən edilərsə, TƏRƏF 2 öz təqsiri ucbatından baş vermiş xidmətlərin keyfiyyətinin pozulmasına görə tam məsuliyyət daşıyır.

6.10 Bu Müqavilənin 4-cü bəndinə əsasən TƏRƏF 2-nin TƏRƏF 1-ə ödəməli olduğu hər hansı cərimələr və kompensasiyalar TƏRƏF 2-nin İstifadəçilərdən nağdsız qaydada aldığı gəlir məbləğindən heç bir məhdudiyyət olmadan çıxıla (“charged back” edilə yəni geri ödənilə) bilər.

6.11 TƏRƏF 1, Bank və Maliyyə Tərəfdaşının  Elektron Ticarət (Xidmətlər) ilə bağlı bütün əməliyyat və əqdlərinə  hər-hansı xüsusi məhdudiyyət olmadan biznes və tətbiq olunan əməliyyat ehtiyaclarına uyğun olaraq nəzarət etmək hüququ var. Yuxarıda göstərilmiş tərəflərdən hər hansı biri hüquqi, komplayens və ya maliyyə nöqteyi nəzərdən müəyyən edilmiş hər hansı şübhəli elementlərin mövcudluğunu müəyyən etdiyi halda, həmin tərəf müvafiq məsələlərin qənaətbəxş həllinə qədər hər hansı belə əməliyyatları dayandırmaq və/və ya müvafiq müqavilə münasibətlərinə öz mülahizələrinə görə birtərəfli qaydada xitam vermək hüququ var.

6.12 TƏRƏF 1 bu Müqavilənin şərtlərinə və ya qüvvədə olan qanun və qaydalara zidd olaraq proqram məhsullarından qeyri-düzgün istifadənin və ya hər hansı istifadənin hər hansı hüquqi nəticələrinə görə məsuliyyət daşımır.

6.13 TƏRƏF 1 TƏRƏF 2-yə Onlayn Xidmətlə bağlı aşağıdakı zəmanətləri verir:

Eyni zamanda, Onlayn Xidmət, Sayt, Mobil Tətbiq TƏRƏF 2-yə “olduğu kimi” istifadəsinə veriləcək. Onlayn Xidmətin, Saytın, Mobil Tətbiqin İstifadəçinin gözləntilərinə cavab verməsini və/və ya Onlayn Xidmətə çıxışın fasiləsiz, etibarlı və xətasız şəkildə təmin edilməsi üçün TƏRƏF 1 TƏRƏF 2 qarşısında heç bir məsuliyyət daşımır. TƏRƏF 1-in Onlayn Xidmətin, Saytın, Mobil Tətbiqin və ya onun hər hansı bir hissəsinin dəyişdirilməsi, müvəqqəti və ya tam dayandırılması və/və ya Onlayn Xidmətə giriş üçün heç bir məsuliyyəti olmayacaq. Onlayn Xidmətin fəaliyyəti və ona giriş fors-major hallar və qarşısını almaq və ya aradan qaldırmaq üçün TƏRƏF 1-in nəzarətindən kənarda qalan digər amillərlə dayandırıla bilər.

  1. FORS MAJOR

7.1 Tərəflərdən heç biri bu Müqavilədə nəzərdə tutulan öhdəliklərinin fors major hallar nəticəsində yerinə yetirilməməsinə və ya lazımi şəkildə yerinə yetirilməməsinə görə məsuliyyət daşımır. Bu Müqaviləni təsdiqləməklə siz Məxfilik Siyasətinin şərtlərini qəbul edirsiniz və bu, qüvvədə olan qanunvericilik və tənzimləmələrə əsasən qəbul edilən şəxsi məlumatların istifadəsi üçün yazılı razılıq deməkdir.

7.2 TƏRƏF 2 hər bir taksi sifarişi üçün adsızlaşdırılmış məlumat siyahısı, TƏRƏF 2-nin iş və istirahət vaxtı rejimlərinə əməl etməsi barədə məlumat və TƏRƏF 1 tərəfindən müəyyən edilmiş qaydada cari vaxtda belə məlumatlara çıxışın təmin edilməsi, digər əlaqəli məlumatların təqdim edilməsi, məlumatların qorunması üçün texniki tələblərə əməl olunması və s. daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan öhdəliklərinizin yerinə yetirilməsi üçün TƏRƏF 1-in bütün qanuni və ağlabatan tələblərinə məcburi qaydada əməl etməlidir.

7.3 Fors major hallarına xüsusən, lakin bunlarla məhdudlaşmayaraq (1) yanğın, daşqın, zəlzələ partlayış, tufan, sürüşmə, epidemiya və digər təbii hadisə və fəlakətlər; (2) həmçinin müharibə, tətillər, ödəniş sxemlərinin fəaliyyətindəki uğursuzluqlar, hökumət və ya yerli hakimiyyət orqanları tərəfindən bu Müqavilənin lazımi icrasını qeyri-mümkün edən qərarların qəbul edilməsi və/və ya öhdəliklərin tam və ya lazımi şəkildə yerinə yetirilməsinə mane olan digər hallar daxildir.

8 FƏRDİ MƏLUMATLAR

8.1 TƏRƏF 2-nin fərdi məlumatlarının toplanması, istifadəsi, emalı və qorunması ilə bağlı bütün məsələlər Saytda xüsusi olaraq paylaşılan “Fərdi Məlumatlar Siyasəti” ilə tənzimlənir.

  1. DİGƏR

9.1 Bu Müqavilə ilə sərbəst şəkildə Saytda tanış olmaq olar. Müqavilə Qəbuletmə (Aksept) anından qüvvəyə minir.

9.2 Müqavilə yetkinlik yaşına çatmış, tam hüquq və fəaliyyət qabiliyyətinə malik olan, VÖEN və müvafiq nəqliyyat xidmətlərinin göstərilməsi üçün istifadə edilən hər bir nəqliyyat vasitəsi üzrə “fərqlənmə nişanına” və 3.1.1-ci bənddə qeyd olunan sənədlərə sahib hər hansı fiziki şəxs ilə bağlanıla bilər. Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş və müvafiq nəqliyyat xidmətlərinin göstərilməsi üçün istifadə edilən hər bir nəqliyyat vasitəsi üçün “fərqlənmə nişanına” sahib olan, həmçinin nəqliyyat xidmətlərinin göstərilməsi üçün qüvvədə olan qanun və qaydalarla müəyyən edilən digər tələblərə cavab verən hər hansı hüquqi şəxs ilə bağlanıla bilər.

9.3 Müqavilənin bağlandığı yer TƏRƏF 1-in yerləşdiyi yerdir.

9.4 Bu Müqavilə ilə nəzərdə tutulmayan hallarda, Müqavilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

9.5 Bu Müqavilədən irəli gələn və ya onun bağlanması, icrası və xitamı ilə əlaqədar yaranan hər hansı mübahisələr və ixtilaflar TƏRƏFLƏR arasında danışıqlar yolu ilə həll edilir. TƏRƏFLƏRDƏN hər hansı biri digər TƏRƏFİ bu cür mübahisə və ya ixtilafın olmaıs barədə yazılı şəkildə xəbərdar etdikdən sonra Tərəflər onu danışıqlar yolu ilə 30 (otuz) təqvim günü ərzində danışıqlar yolu ilə həll edə bilmədikdə, belə mübahisə və ya ixtilaf Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll ediləcək.

9.6 Bu Müqavilə TƏRƏF 1 və TƏRƏF 2 arasında və/və ya hər hansı üçüncü şəxslə hər hansı digər hüquqi münasibət (o cümlədən əmək münasibətləri) yaratmır.

9.7 Bu Müqavilə ilə nəzərdə tutulan hər hansı müddəa və ya şərtin etibarsız və ya icrası mümkün olmayan hesab edilməsi Müqavilənin digər müddəa və şərtləri etibarlı və icrası mümkün olaraq qalır. Bütün belə etibarsız və ya icrası mümkün olmayan müddəalar etibarlı, icra edilə bilən və TƏRƏFLƏRİN niyyətlərini əks etdirəcək şəkildə dəyişdirilir.

9.8 TƏRƏF 1 tərəfindən xidmətlərin göstərilməsi üçün formalaşdırılmış informasiya ehtiyatı TƏRƏF 1-in müstəsna mülkiyyətindədir və TƏRƏF 2-in Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq onun qeydiyyatı da daxil olmaqla, informasiya ehtiyatına münasibətdə heç bir hüquq və səlahiyyəti yoxdur.

9.9 Bu Müqavilə Azərbaycan dilində tərtib edilib, lakin informasiya məqsədləri üçün ingilis və rus dillərində də təqdim olunub. Azərbaycan dilindəki ilkin əsil variantı ilə digər dillərdəki variantı arasında uyğunsuzluq aşkar edildikdə, onun Azərbaycan dilindəki ilkin variantının müddəalarına üstünlük verilir.

  1. MƏLUMATLAR:

“UKLON AZƏRBAYCAN” MMC

Heydər Əliyev prospekti 125, Nərimanov rayonu, Bakı, Azərbaycan, AZ1029

VÖEN: 1406338961

H/h: AZ28AIIB400500E9447235089107

Bank: Kapital Bank ASC-nin Xətai filialı

VÖEN: 9900003611

Kod: 200071

M/h: AZ37NABZ01350100000000001944

SWIFT: AIIBAZ2X

Müqavilə versiyasının tarixi: 01.01.2024.